Prezident İlham Əliyev fevralın 13-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininyaradılması haqqında sərəncam imzalayıb.Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Ramin Quluzadə nəqliyyat, rabitəvə yüksək texnologiyalar naziri təyin edilib.
Yeni qurum Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilməsi əsasında yaradılıb.
Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.*
A.Əzizov