Albaniya prezidenti Buyar Nişani cari ilin mart ayında Azərbaycana səfər edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“B.Nişaninin səfərinin məqsədi martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir”, - deyə məlumatda deyilir.
“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.
Tədbirdə bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak edəcəklər.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirləcək. **
R.Babayev