Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqların başlaması Bakı və Tbilisi arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib.
«Biz Aİ-nin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Azərbaycanı Aİ ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik. Avropa İttifaqı çərçivəsində Azərbaycan-Gürcüstan əməkdaşlığı iki ölkə arasında yeni imkanların yaranmasına xidmət edir», - deyə o, bu gün Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinqdə bildirib.
O hesab edir ki, bu, Bakı və Tbilisi arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.
M.Canelidze əlavə edib ki, Tbilisinin regiondakı tərəfdaşları üçün sabitliyin bərqərar olmasına dair bir sıra təklifləri var.*
F.İsazadə