Azərbaycanın gömrük orqanlarının əməkdaşları tərəfindən aksiz markası ilə markalanmayan 24 min ədəd siqaret müsadirə edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 24 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar olunub”, - deyə məlumatda deyilir. **
R.Babayev