Preziden İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu Türkmənistanın prezidenti vəzifəsinə yenidən seçilməyi münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
«İnanıram ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daim möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik», - deyə təbrik məktubunda bildirilir.
Prezident İ.Əliyev qeyd edib ki, Q.Berdiməhəmmədovun seçkilərdə qazandığı qələbə xalqının ona olan böyük inam və etimadının, həyata keçirdiyi siyasi xəttə real dəstəyinin bariz ifadəsidir.
“Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”, - deyə dövlət başçısı vurğulayıb.*
R.Babayev