Bakı və Riqaəməkdaşlığın genişləndirilməsi çərçivəsində 8 sənəd üzərində işi davam etdirir. Bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.
“Bu günədək ölkələrimiz arasında əməkdaşlığa dair 34 sənəd imzalanıb, 8-i üzərində iş davam etdirilir”, - deyə o, ölkəmizdə səfərdə olan Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçslə görüşdə bildirib.
O.Əsədov Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze ilə də görüşüb.
“Bu günədək ölkələrimiz arasında 107 sənəd imzalanıb, 15-i üzərində iş davam etməkdədir”, - deyə spiker vurğulayıb.*
R.Babayev