Bakı və Brüssel strateji tərəfdaşlıq üzrə yeni saziş layihəsinə dair mövqeləri razılaşdıracaq. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bəyan edib.
“Fevralın 7-də Brüsseldə Azərbaycanla Avropa İttifaqI arasında yeni saziş üzrə danışıqlara start verildi və biz orada bir sıra texniki məsələləri həll etməyə çalışdıq. Düşünürəm ki, növbəti mərhələdə danışıqlar daha çox substantiv olacaq. Hazırda tərəflər fikir ayrılıqlarını öyrənir", - deyə M.Mard jurnalistlərə bildirib.
Onun sözlərinə görə, tərəflər xüsusilə energetika, ticarət, insanlar arasında əlaqəqlər və dövlət idarəçiliyinə air bir sıra məsələləri müzakirə etmək niyyətindədirlər. **
F.İsazadə