Azərbaycan və İran arasında maliyyə-bank əməkdaşlığı müzakirə edilib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Müzakirələrdə Azərbaycan tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı iştirak edib. İran nümayəndə heyətinə isə bu ölkənin Mərkəzi Bankının sədri Vəliyullah Seyfi başçılıq edib.
“Görüşdə Azərbaycan və İran arasında maliyyə-bank sahəsində əməkdaşlığın mövcud vəziyyəti, bu sahədə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib”, – deyə məlumatda bildirilir.*
A.Əzizov