Ədliyyə Nazirliyi gələcəkdə bələdiyyələrə subvensiyaların verilməsi yolu ilə maliyyə yardımının göstərilməsi imkanını nəzərdə tutur. Bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov bəyan edib.
“Gələcəkdə xüsusilə iqtisadiyyat, ekologiya, sosial layihələrin icrası sahəsində müxtəlif layihələrə dair subvensiyalar təqdim etməyə hazırıq. Nazirlik bu cür proqramların reallaşdırılmasına da kömək edəcək”, - deyə V.Zahirov Milli Məclisinin bu gün keçirilən plenar iclasında bələdiyyələrin illik fəaliyyətinə dair məruzənin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, bütövlükdə nazirliyə subvensiyaların verilməsi üzrə 70 proqram daxil olub.
“Bu gün subvensiyaların verilməsində imtina maliyyə məsələləri ilə əlaqədardır”, - deyə nazir müavini vurğulayıb. **
R.Babayev