Ötən gün Azərbaycan ərazisində baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 83 cinayət faktı qeydə alınıb, onların 40-ı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 75 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.**
R.Babayev