Azərbaycan 2017-ci ildə Azərbaycan Rusiya, ABŞ, Qətər, Qazaxlstan və Çinə 5 ixrac missiyası təşkil etməyi planlaşdırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov məlumat verib.
“Cari ildə Almaniya, Əfqanıstan və Pakistana ixrac missiyaları təşkil olunub. Daha beş missiya təşkil etməyi planlaşdırırıq - Qətərə (25-28 fevral), Qazaxıstana (aprel), Rusiyaya (may), ABŞ-a (iyun), Çinə”, - deyə R.Məmmədov "İxracatçılar Klubu"nun və Amerika Ticarət Palatasının (Amcham) birgə görüşündə bildirib.
Onun sözlərinə görə, Azərbaycan 2016-cı ildə Çinə iki, BƏƏ-yə bir ixrac missiyası təşkil edib. **
A.Axundov