Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsinə meşə fondu torpaqlarının icarə müddətinin artırılmasını nəzərdə tutan dəyişiklikliklər qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Meşə Məcəlləsinin 22-ci maddəsinə təklif edilən dəyişikliklərə əsasən, meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək uzadılır.
“Meşə fondu torpaqlarının icarə müddətinin artırılması sahibkarlığın inkişafına və bu torpaqlardan səmərəli istifadəyə yönəldilib”, - deyə parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.*
R.Babayev