Xarici işlər naziri Elmar MəmmədyarovMünhendə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
“Görüş Münhen Təhlükəsizlik konfransı çərçivəsində baş tutacaq”, - deyə o bildirib.
Münhen Təhlükəsizlik konfransı fevralın 16-17-də keçiriləcək.*
R.Babayev