“Baltika-Bakı” şirkətinin adı dəyişdirilərək “Carlsberg Azerbaijan” adlandırılıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Fevralın 14-dən “Baltika-Bakı” MMC-nin adı dəyişdirilərək “Carlsberg Azerbaijan” MMC adlandırılıb. Bu addım Azərbaycanda yerləşən pivə istehsalı zavodunun birhissəsi olduğu “Carlsberg Group” şirkətinin sonrakı inteqrasiyası və firma üslubunun qrupun digər şirkətləri ilə birləşdirilməsi üçün atılıb”, - deyə məlumatda bildirilir.
Şirkətin təşkilati-hüquqi forması dəyişmir.
“Şirkət öz fəaliyyətini dayandırmır və sonradan öz öhdəlikləriniyerinə yetirməyə davam edəcək.“Baltika-Bakı” MMC şirkətinin bütünhüquq və vəzifələri hüquqi varisə - “Carlsberg Azerbaijan” MMC-yə keçəcək”, - deyə məlumatda qeyd olunur.
“Baltika-Bakı” pivə zavodu Xırdalan şəhərində yerləşir. “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkət pivə bazarında 75% pay sahibidir.
“Baltika-Bakı” Xırdalan, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Xırdalan Draft”, “Kuler”, “Əfsanə”, “Jiqulevskoe” kimi pivə brendləri istehsal edir.*
A.Axundov