"BakıƏlvanMetallar və Ferroərintilər Şirkəti" MMC 2018-ci ilin ilk yarısında Sumqayıt Kimya Sənaye Parkının ərazisində ferroərintilərin istehsalı üzrə zavodu istifadəyə verməyi planlaşdırılır. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
“Bu müəssisəsinin istifadəyə verilməsi Azərbaycanın ixrac potensialını artıracaq və ölkənin analoji məhsullardan idxalını azaldacaq”, - deyə N.Səfərov vurğulayıb.
Müəssisənin gücü 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan təşkil edəcək.
Layihə təxminən $30 mln. həcmində qiymətləndirilir.
Nazir müavini həmçinin məlumat verib ki, 2017-2018-ci illərdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində 7 müəssisə istifadə veriləcək. Onlardan 5-i bu il, qalan 2 müəssisə gələn il istifadəyə veriləcək.
“Bu ilin ikinci yarısında “Aqrokimya Azərbaycan”MMC-nin inşa etdiyi pestisidlər istehsalı üzrə zavodun istifadəyə verilməsi nəzərdə tutulur (layihənin dəyəri 24,1 mln. manat təşkil edir)”, - deyə N.Səfərov vurğulayıb.
Zavodun istehsal gücü 57 min ton maye halında və 13 min tontozhalındapestisidlərtəşçkil edəcək.
Bundan başqa, ikinci yarımillikdə Kimya Sənaye Parkının ərazisində gücü 30 min ton olan sürtkü yağlarının istehsalı üzrə zavod istifadəyə veriləcək. Zavodun tikintisi «Alco Lubricant Company» tərəfindən həyata keçirilir.
“Bununla bərabər, yaxın zamanda “AzerFloat” QSC Parkın ərazisində şüşə lövhələrin istehsalı üzrə zavodun inşasına başlayacaq. İllik istehsal həcmi 8 mln. m2 şüşə lövhə həcmində planlaşdırılır (Layihənin dəyəri 78 mln. avro təşkil edir - İF), - deyə N.Səfərov qeyd edib. **
N.Abbasova