Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 16-18 fevral tarixlərində İstanbulda keçiriləcək Ümumdünya Turizm Forumunun qlobal iclasında iştirak edəcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir.
“Forum çərçivəsində nazirlər üçün təşkil ediləcək xüsusi dəyirmi masada Ə.Qarayevin çıxışı nəzərdə tutulub. O, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə iştirakçı dövlətlərin aidiyyəti qurumlarının rəhbərləri ilə danışıqlar aparacaq”, - deyə məlumatda bildirilir.
Nazir, həmçinin görüşlərdə cari ilin may ayında Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunacaq tədbirləri müzakirə edəcək.*
R.Babayev