31 dekabr 2016-cı il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $37,6 mlrd. təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilir.
1 yanvar 2016-cı il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $39 mlrd.-a yaxın təşkil edib. Beləliklə, 2016-cı il ərzində respublikanın valyuta ehtiyatları 3,6% azalıb.
“2016-cı ilin sonuna olan məlumata əsasən, Azərbaycan $37,6 mlrd. həcmində strateji valyuta ehtiyatlarına malikdir. Bu vəsait 28 ay ərzində malların və xidmətıərin idxalının ödənişi üçün kifayət edir. Bütövlükdə, ölkənin valyuta ehtiyatları xarici borcu 4,1 dəfə üstələyir”, - deyə bankdan qeyd ediblər.
2017-ci ilin əvvəlinə Azərbaycanın valyuta ehtiyatları 2016-cı il ərzində ÜDM-in həcminə ekvivalentdir.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır. **
A.Əzizov