2016-cı ildə manatın dollara qarşı məzənnəsi 13,6% ucuzlaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankın ötən il ərzində pul siyasətinə dair icmalında qeyd edilir.
“Ötən il manat bir neçə dəfə möhkəmlənib və bir neçə dəfə ucuzlaşıb. Hesabat dövründə manatın dollara qarşı maksimal məzənnəsi 1,6456 AZN/$1 təşkil edib və martın 11-də qeydə alınıb. Minimal məzənnə 1,49 AZN/$1 olub və mayın 25-də qeydə alınıb”, - deyə icmalda bildirilir.
Ümumilikdə, 2016-cı il ərzində manatın dollara qarşı məzənnəsi 13,6% ucuzlaşıb.
“Ötən il manatın dollara qarşı orta günlük məzənnəsi 1,5965 манат/$1 təşkil edib”, - deyə icmalda vurğulanır.
Xəbər veridliyi kimi, 2015-ci ildə iki dəfə devalvasiya nəticəsində manat dollara qarşı 98,8% ucuzlaşıb. **
A.Əzizov