2016-cı ilin yekunları üzrə Azərbaycanda xarici valyutada bank əmanətləri və depozitlərin xüsusi çəkisi 2015-ci ilin yekunları üzrə 76,4%-ə qarşı 64,4% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.
“Ötən il bank sektorunda dollarlaşmanın səviyəsi bir qədər azalıb. 2016-cı ilin sonuna xarici valyutada əmanətlərin və depozitlərin xüsusi çəkisi 64,4%-dək azalıb”, - deyə bankdan qeyd ediblər.
Bununla yanaşı, ötən il əhalinin bank əmanətləri üzrə dollarlaşmanın səviyyəsi 2015-ci ilin sonunda 85%-dən 79,6%-dək azalıb.
“2016-cı ildə əhalinin milli valyutada əmanətləri 6,8% artıb, baxmayaraq ki, xarici valyutada əmanətlər 26,4% azalıb”, - deyə bankdan vurğulayıblar.
Ötən ilin yekunları üzrə xarici valyutada əmanətlərin və depozitlərin həcminin nisbətinin göstəricisi M3 pul aqreqatına qarşı 44,7% təşkil edib (2015-ci ilin yekunları üzrə - 59,2% - İF-Az). **
A.Axundov