2016-cı ildə Azərbaycanda baza inflyasiya 2015-ci ildə qeydə alınmış 4,6%-ə qarşı 13,3% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
"Qiyməti dövlət tərəfindən tənzimlənən mallar, o cümlədən mövsümi xarakter daşıyan kənd təsərrüfatı malları nəzərə alınmamaqla ötən il respublikada baza inflyasiya 13,3% səviyyəsində olub (2015-ci ildə 4,6%)", - deyə məlumatda bildirilir.
2016-cı ildə ortaillik inflyasiya 12,4%, o cümlədən ərzaq malları üzrə 14,8%, qeyri-ərzaq malları üzrə 16,7%, xidmətlər üzrə 5,8% təşkil edib.
"2016-cı ildə inflyasiyanın hesablanması üçün istifadə olunan 561 adda mal və xidmət növündən 12-nin qiymətində azalma qeydə alınıb, 35 adda mal və xidmət növünün qiymətləri dəyişməyib. Beləliklə, 514 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub", - deyə məlumatda qeyd olunur.*
A.Axundov