Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “VTB Bank (Azerbaijan)” ASC-nin 6 filialının lisenziyaları ləğv edib. Bu barədə Palatadan məlumat verilib.
“MBNP-nin Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən bankın 6 filialının “İçərişəhər”, “Həzi Aslanov”, “Əhmədli”, “Bakıxanov”, “28 May” və “Xırdalan” lisenziyaları ləğv edilib. Filialların bağlanmasına əsas səbəb bank tərəfindən xərclərin optimallaşdırılması göstərilib”, - deyə məlumatda deyilir.
Beləliklə, bankın filiallarının sayı 8-dək azalıb.
Bundan başqa, MBNP “PAŞA Bank”ın Səbail rayonununda “Fərdi bankçılıq” şöbəsinin açılması üçün müraciətinə baxıb və müsbət qərar qəbul edib. **
A.Axundov