Yanvar ayında Azərbaycanda olma qaydalarını pozmuş 320 nəfərdən çox əcnəbi ölkədən çıxarılıb. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
"Hesabat ayında 325 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları, 1,121 min əcnəbinin isə Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri barədə qərar qəbul edilib", - deyə məlumatda qeyd olunur.
Yanvarayı ərzində 1,667 min əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Onlardan 17-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 204 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. **
R.Babayev