“SOCAR Marine” (SOCAR-ın törəmə strukturu) Tuzlada (İstanbulun Asiya hissəsinin cənubunda yerləşir) avtomobil daşınması üçün gəmini ilk dəfə təbii maye qazla (LNG) bunkerini doldurub. Bu barədə Türkiyənin “Denizhaber” nəşri qeyd edir.
“SOCAR Marine” “Sedef TuzlaTersanesi”ndə burada avtomobil daşınması üçün inşa olunan gəminin bunkerini ilk dəfə LNG ilə doldurulmasını həyata keçirib”, - deyə məlumatda deyilir.
“SOCAR Marine” şirkəti Türkiyədə fəaliyyət göstərir və bunker bazarının inkişafına və dünya bunker bazarında bu regionun rolunun artırılmasına yönəlib. **
N.Abbasova