Rəsmi Bakı Dağlıq Qarabağda separatçı rejimin “konstitusiyaya dəyişikliklərin daxil olunması üzrə referendumun keçirilməsinə dair Irəvanın planlarını təxribat kimi qiymətləndirir Bu barədə Azərbaycanın baş nazirinin müaviniƏli Əhmədov bəyan edib.
“Beynəlxalq təşkilatlar Ermənistan tərəfinən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ regionunda separatçı rejim tərəfindən keçirilən “referendumu”, o cümlədən nəticələrini tanımırlar. Bu, İrəvanın növbəti təxribatıdır və münaqişənin nizamlanmasını çətinləşdirəcək”, - deyə Ə.Əhmədov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu müzakirə predmeti deyil.
“Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcək”, - deyə Ə.Əhmədov vurğulayıb.
A.Əzizov