“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2017-ci ilin yanvar ayında 2 mlrd. 164 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
2016-cı ildə “Azərenerji” 2,05 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Beləliklə, 2017-ci ilin yanvar ayında artım 5,5% səviyyəsində olub.
“Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycanda 2,2 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub”, - deyə məlumatda qeyd edilir.
Ötən il “Azərenerji” 22,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.*
N.Abbasova