Azərbaycan Hərbi Prokurorluğu aprel hadisələri ilə bağlı istintaq əməliyyatlarını davam etdirir. Bu barədə jurnalistlərə hərbi prokuror Xanlar Vəliyev məlumat verib.
“Erməni silahlı qüvvələrinin qətlə yetirdiyi Azərbaycan əsgərlərinin meyitləri müayinə olunub,lazımi istintaq əməliyyatları aparılıb.Ermənistanın hərbi qüvvələri tərəfindən beynəlxalq faktlarla istifadəsi qadağan olunmuş fosforlu mərmi atılmasına da dair istintaq hərəkətləri aparılır”, - deyə o bildirib.
Hərbi prokurorun sözlərinə görə, istintaq materialları beynəlxalq ictimaiyyətə çatdırılacaq.*
F.İsazadə