Azərbaycan 2016-cı ildə dərman idxalını 20% artırıb. Bu barədə Tarif Şurasının katibi İlkin Məcidov bu gün mətbuat konfransında bildirib.
“2016ıc ildə dərman idaxlı (qablaşdırma sayı) 20%, 2017-ci ilin yanvar ayında ötən ilin yanvar ayı ilə müqayisədə 51% artıb”, - deyə İ.Məcidov qeyd edib.
Onun sözlərinə görə, 2016-cı ildə dərman preparatlarının orta idxal qiyməti bir qablaşdırma üçün 2015-ci ildə $2,2-yə və 2014-cü ildə $3-ə qarşı $1,4 təşkil edib.
“Azərbaycana dərmanlar 50-dən artıq şirkət tərəfidnən tədarük edilir. Ölkədə 2 mindən artıq aptek fəaliyyət göstərir. Əhalinin hər 100 nəfərinə 22 aptek düşür, bu da İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının orta göstəricisi - 25-ə uyğundur”, - deyə İ.Məcidov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda dərmnaların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi 10,166 min dərmanı əhatə edib.
“Son dəfə qiymətlərin tənzimlənməsi 28 noyabr 2016-cı ildə həyata keçirilib. O vaxtdan etibarən qiymətlərdə dəyişikliklər edilməyib. Dərmanların qiymətləri manatın məzənnəsinin kəskin dəyişməsindəın asılı olaraq tənzimlənəcək. Hazırda məzənnə son qiymətlərin müəyyən edilməsi zamanı əsas götürdüyümüz bazaya yaxındır”, - deyə İ.Məcidov əlavə edib. **
A.Axundov