“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL)aşağı büdcəli brendi olan AZALJET martın 15-dən etibarən Moskvanın "Vnukovo" Beynəlxalq Hava Limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlayacaq.
Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.
"Vnukovo" Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə BeynəlxalqHava Limanına (KVD) enmə saat 20:30-da, Qəbələ və Gəncədən uçuş - saat 20:30-da, "Vnukovo" Beynəlxalq Hava Limanına enmə - yerli vaxtla saat 22:20-də yerinə yetiriləcək.
Aviabiletlərin qiyməti bir tərəfə49 avrodan başlayır. Hər kiloqram baqajın daşınması 2 avro təşkil edəcək. **
N.Abbasova