Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ildə müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 270 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“SKMF bu gün Şəmki rayonunda sahibkarlığın dövlət dəstəyi üzrə tədbir təşkil edib. Tədbirdə fondun vəsaitləri hesabına sahibkarlara 270 mln. manat məbləğində güzəştli kredit verilib. Bu vəsait heyvandarlıq, üzümçülük, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək”, - deyə məlumatda deyilir. **
A.Axundov