ATƏT-in Minsk Qrupunun həmsədrləri mart ayında regiona səfər edəcəklər. Bu barədə həmsədrlərin bəyanatında bildirilir.
Qeyd edilir ki, həmsədrlər MünhendəAzərbaycan və Ermənistan XİN rəhbərləri ilə təkbətək və birgə görüş keçiriblər.
“Görüşdəqoşunların təmas xəttindəki vəziyyətmüzakirə olunub. Həmsədrlərmünaqişənin dinc yolla həllinə alternativin olmadığını bir daha təsdiqləyərək, tərəfləri təmkinliyə, bəyanatlarındaəhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar”, - deyə bəyanatda vurğulanır.
Həmsədrlər tərəfləri hərbi əməliyyatlara son qoyulmasının əsasını təşkil edən atəşkəsə dair razılaşmalara riayət etməyə çağırıblar.
“Həmsədrlər Vyana və Sankt-Peterburqda keçirilənyüksək səviyyəli görüşlərdə əldə olunan razılaşmaların icrası üçün görüləcək tədbirlərə dair tərəflərlə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.
Həmsədrlər nazirlərə çeviklik nümayiş etdirmək və mümkün qədər tez zamanda dayanıqlı həllə nail olmaq üçün hərtərəfli danışıqların bərpa olunmasının zəruriliyini vurğulayıblar.
Bəyanatda bir daha vurğulanır ki, Ermənistan və Azərbaycan da daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanımır. Buna görə də, həmsədrlər 20 fevral “referendumu”nun nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir edə biləcəyini qəbul etmirlər. “Həmsədrlər həmçinin qeyd edirlər ki, nəticələr heç bir halda Dağlıq Qarabağın yekun statusunu və ya münaqişənin dayanıqlı və sülh yolu ilə nizamlanmasına yönəlmiş hazırkı danışıqların yekununu qabaqcadan müəyyənləşdirmir”, - deyə bəyanatda qeyd edilir. **