2016-cı ildə Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 14 mlrd. 25 mln. 825,065 min manat təşkil edib ki, bu da ötən ilin göstəricisindən 33% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MBNP-dən məlumat verilib.
MBNP-nin məlumatına görə, ötən il Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 2,1 dəfə - 8 mlrd. 746 mln. 935,151 min manata qədər artıb.
Xüsusilə səhmlərlə əməliyyatların həcmi 913 mln. 23,106 min manat (artıma 39%), o cümlədən ilkin bazarda 563 mln. 430,807 min manat (artım 2 dəfə), təkrar bazarda 349 mln. 592,299 min manat (azalma 9,1%) təşkil edib.
Hesabat dövründə korporativ istiqrazlarla əməliyyatların həcmi 2,2 dəfə - 7 mlrd. 833 mln. 912,045 min manata qədər artıb, o cümlədən ilkin bazarda manatda nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 7 mlrd. 501 mln. 840 min manat (artım 4,6 dəfə), ilkin bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 182 mln. 755,293 min manat (artım 13 dəfə), təkrar bazarda manatda nominallaşdırılmış istiqrazlarla 73 mln. 680,788 min manat (azalma 29,4 dəfə), ilkin bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 75 mln. 635,964 min manat (artım 2,3%) təşkil edib.
2016-cı ildə dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 40,2 dəfə - 836 mln. 158,06 min manata qədər artıb.
Ötən il törəmə qiymətli kağızlarla əmıliyyatların həcmi 4 mlrd. 440 mln. 667,091 min manat təşkil edib (azalma 28%). **
A.Axundov