Müstəqil mətbuat müstəqil Azərbaycanın formalaşmasında mühüm rol oynayıb. Bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bəyan edib.
“Azərbaycan dövləti demokratik inkişaf yolunu seçən müstəqil Azərbaycanın formalaşmasında çox mühüm rol oynayan müstəqil KİV-in fəaliyyətinə böyük önəm verir”, - deyə B.Muradova bu gün müxətlif KİV orqanlarının rəhbərləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, müxtəqil KİV olmadan demokratik inkişaf mümkün deyil.
“Qeyd etmək lazımdır ki, Azərbaycan mətbuatı hər zaman ölkədə baş verən prosesləri düzgün işıqlanıdırb. Media iqtisadi nəzatrətçi rolunu oynayır, Ermənistan-Azərbaycan münaqişəsini işıqlandırır. KİV Azərbaycanın üzləşdiyi xaricdən müdaxiləyə layiqli cavab verir, insan haqqlarının müdafiəsində fəal rol oynayır”, - deyə B.Muradova vurğulayıb. **
R.Babayev