Bakı 2017-ci ildə Cənubi Osetiyada keçiriləcək “referendum”u tanımır.
Azərbaycanın ATƏT-dəki nümayəndəliyi Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsini nəzərdə tutan “referendum”la bağlı bəyanat yayıb.
“Gürcüstan Konstitusiyasının açıq şəkildə pozulması ilə və region əhalisinin kütləvi şəkildə köçürülməsi fonunda keçirilən bu referendum heç bir hüquqi qüvvəyə malik ola bilməz”, - deyə bəyanatda bildirilir.
Azərbaycan beynəlxalq cəhətdən tanınmış sərhədləri çərçivəsində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tanıyır.
“Bu qanunsuz fəaliyyət BMT çərçivəsində təsdiqlənmiş coğrafi adlarla bağlı beynəlxalq standartlara və prosedurlara ziddir. Azərbaycan beynəlxalq cəhətdən razılaşdırılmış format çərçivəsində Gürcüstandakı münaqişənin davamlı siyasi həllinin tapılmasına tərəfdardır”, - deyə bəyanatda vurğulanır.*
F.İsazadə