“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2017-ci ilin yanvar ayında vaqon daşımalarını ötən ilin müvafiq dövrü ilə müqayisədə 58% - 4676 vaqona qədər artırıb. Bu barədə QSC-dən məlumat verilib.
“Ötən ay 3237 vaqonda quru, 1439 vaqonda isə maye yüklər olub. Ümumilikdə daşınmış yüklərin həcmi 300515 ton təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Hesabat ayında 1368avtomaşın daşınıb (artım 15%).
Bundan başqa, yanvardabütün istiqamətlər üzrə 201 səfər həyata keçirilib (artım 41,5%). Onların21-i Ro-Ro tipli gəmilərlə (artım 10,5%), 180-i bərələrlə gerçəkləşdirilib (artım 46,3%).
Eyni zamanda yanvarda dəniz nəqliyyatı ilə 1204 sərnişin daşınıb (artım 16,1%). **
N.Abbasova