Ukrayna Azərbaycanın etibarlı tərəfdaşıdır. Bu sözləri prezident İlham Əliyev deyib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdədir. Konfransın kuluarında o, Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşüb.
«Prezident İ.Əliyev Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışıb, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edib», - deyə məlumatda bildirilir.
V.Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğulayıb.
Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən V.Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğulayıb, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirib.*
F.İsazadə