BMT İnkişaf Proqramının (BMT İP - UNDP) Azərbaycan Nümayəndəliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişikliyi üzrəBMT Çərçivə Konvensiyası (UNFCCC) üçün 4-cü Milli Kommunikasiya və 2-ci iki illik hesabat üzrə layihə imzalayıb. Bu barədə nümayəndəliyin məlumatında deyilir.
“Ümumi büdcəsi 852min dollar olan layihə Qlobal Ekoloji Fond (GEF) tərəfindən maliyyələşdirilib və nazirliklə BMT İP-nin sıx əməkdaşlığı nəticəsində hazırlanıb. Bu layihə Azərbaycanda sonrakı iqlim dəyişikliyi gündəliyini kənd təsərrüfatı, enerji, nəqliyyat, tikinti, meşə təsərrüfatı kimi iqtisadiyyatın digər sahələri üzrə mühüm məlumatın toplanması, təhlili, ümumiləşdirilməsi, eləcə də BMT Katibliyinə təqdimatı vasitəsilə təkmilləşdirəcək”, - deyə məlumatda bildirilir.
Ümumi istixana qazı payının təxminən 0,1% payına sahib olmasına baxmayaraq, Azərbaycan nəinki yalnız iqlim dəyişikliyinə uyğunlaşma üzrə, həmçinin onun azadılmasına yönəli layihə və tədbirlər həyata keçirir.
Azərbaycan 1990-cı il göstəricisi ilə müqayisədə2030-cu ilədək istixana qazlarının 35%-nin azadılmasına nail olmağı könüllü olaraq öz öhdəliyinə götürüb. Azərbaycan həyata keçirilən fəaliyyət və nəticələrlə bağlı mütəmadi olaraq hesabat verir.*
N.Abbasova