Fövqəladə Hallar Nazirliyi (FHN) respublika ərazisində havaların soyuq keçməsi ilə əlaqədar vətəndaşları fövqəladə hadisələr zamanı nazirliyin “112” qaynar xəttinə müraciət etməyə çağırır.
Son günlər paytaxt Bakıda və ölkənin rayonlarında havaların kəskin soyuması, güclü qar yağması nəticəsində yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsi ilə bağlı FHN-də nazir müavinlərinin və nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib.
“FHN bir daha əhaliyə müraciət edərək, qarlı-şaxtalı hava şəraitində hər hansı fövqəladə hadisə, düşdükləri çıxılmaz vəziyyətdə, ilk növbədə, dərhal nazirliyin “112” qaynar xəttinə müraciət edilməsini tövsiyə edir, havaların soyuq keçməsi ilə əlaqədar təbii qaza olan tələbatın daha da artması fonunda təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına çağırır”, - deyə məlumatda bildirilir.
Müşavirədə strukturların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.*
F.İsazadə