ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Azərbaycana səfər edəcək.
Bu barədə“İnterfaks-Azərbaycan” agentliyinə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
“O, fevralın 23-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcək”, - deyə məlumatda bildirilir.*