Bu gün Vergilər Nazirliyində "Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nın imzalanması mərasimi keçirilib. Bu barədə nazirlikdən məlumat verilib.
Sənədi Azərbaycan tərəfdən vergilər naziriFikrət Məmmədov Danimarka tərəfdən isə bu ölkənin vergilər naziri Karsten Lauritzen imzalayıblar.
İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin əsas məqsədi mal və xidmətlərin sərbəst beynəlxalq mübadiləsinə maneçilik törədən vergi maneələrinin aradan qaldırılması yolu ilə beynəlxalq ticarət və sərmayə qoyuluşunu təşviq etməkdir.
Nazirlikdəın qeyd edilib ki, indiyədək 52, həmçinin Avropa İttifaqına üzv olan 23-ü ölkə ilə müvafiq sazişlər imzalanıb. Bunlardan 48-i artıq qüvvəyə minib, qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək. **
A.Axundov