Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 7 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 113 cinayət faktı qeydə alınıb, onların 45-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 96 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev