2017-ci ilin yanvar ayında Azərbaycanda neft hasilatı (qaz kondensatı da daxil olmaqla) 3 mln. 371,6 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 4,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar ayında 3 mln. 367,9 min ton əmtəə nefti (azalma 4,2%) hasil olunub.
Ötən ay ərzində 2 mlrd. 493,2 mln. kubmetr qaz (azalma 0,9%) hasil olunub. Bununla yanaşı, hesabat dövründə əmtəə qazının hasilat həcmi 1 mlrd. 700,6 mln. kubmetr (artım 8,3%) təşkil edib.
2016-cı ildə Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 29,5 min ton, qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil edib.
Energetika Nazilriyi 2017-ci ildə Azərbaycanda neft hasilatını 40 mln. ton, qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyyəsində proqnozlaşdırır. **
N.Abbasova