Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 20-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7352 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Fevralın 20-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,8425 manat/1EUR səviyyəsində müəyyənləşdirilib.
AMB fevralın 20-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0297 manat/1RUB səviyyəsində müəyyən edib.**
N.Abbasova