2017-ci ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin profisiti 318,7 mln. manat və ya ÜDM-in 6,1%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Cari ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 mlrd. 243,6 mln. manat, xərcləri 924,9 mln. manat təşkil edib.
2016-cı ilin yanvar ayı ilə müqayisədə bu ilin müvafiq dövründə dövlət büdcəsinin gəlirləri 7,9% azalıb, xərcləri 79,1% artıb.
Azərbaycanın 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 645 mln. manat və ya ÜDM-in 1,05%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əzizov