2017-ci ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,2% - 199,5 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar ayında avtomobil benzini istehsalı 8,4% - 108,6 min ton, birbaşa qovulan benzin istehsalı 32,2% - 19,3 min ton, sürtkü yağı istehsalı 75% – 1,4 min ton, neft bitumu istehsalı 0,9% - 10,8 min ton, neft koksu istehsalı 80,6% - 13 min tonadək artıb.
Hesabat dövründə kerosin istehsalında 7,9% - 54,9 min ton, dizel yanacağı istehsalında 17,5% - 1 mln. 163,9 min ton, soba mazutu istehsalında 28,5% – 69,9 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda yalnız Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.
N.Abbasova*