Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 20-də keçirilən növbəti depozit hərracında 47,7 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“AMB fevralın 20-də növbəti depozit hərracı keçirib. Hərracda təklif 150 mln. manat təşkil etsə də, Mərkəzi Bank 47,7 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 14,87% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsait 14 gün müddətinə cəlb olunub.
Qeyd edək ki, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.**
A.Əzizov