2017-ci ilin yanvar ayında Azərbaycan əhalisinin nominal pul gəlirləri 3 mlrd. 476,1 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar ayının göstəricisindən 4,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
2017-ci ilin yanvar ayında Azərbaycanda inflyasiya 2,3%, yanvarın yekunları üzrə orta illik inflyasiya 11,9% təşkil edib.
Statistik məlumatlara görə, hesabat ayında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 3,4% - 358,6 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 3 mlrd. 139,8 mln. manat qalır ki, bu da 2016-cı ilin yanvar ayının göstəricisindən 4,5% çoxdur.
2016-cı ildə əhalinin nominal pul gəlirləri 8,7% artıb.**
A.Axundov