2017-ci ilin yanvar ayında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 107,6 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar ayında mənzil tikintisinə investisiya qoyuluşları 28,5 mln. manat (azalma 35,8%) təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 677,1 min kvadratmetr təşkil edib ki, bu da 2015-ci ilin göstəricisindən 13,2% azdır.*
A.Axundov