Azərbaycanda bir ailənin beş üzvü dəm qazından zəhərlənib, daha bir üzvü isə ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hadisə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində baş verib. H.Seyidov, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə və azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər. Nəticədə H.Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər”, - deyə məlumatda bildirilir.*
F.İsazadə