İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb.
"Türkiyədə iki sərnişin avtobusunun iştirakı ilə baş verən qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb", - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Qarsdakı baş konsulluğunun əməkdaşları yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır.
Hadisə nəticəsində 8 nəfər həlak olub, onlardan 5 nəfəri azərbaycanlılardır. Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev bu məlumatı təsdiq edib.
“Hürriyet” qəzetinin məlumatına görə, bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.
Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.*
F.İsazadə