Milli Məclisin martın 17-də keçiriləcək plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildə Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatı dinləniləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Hazırda hesabat hazırlanma mərhələsindədir.
Qanunvericiliyə əsasən, parlamentin yaz sessiyasının beşinci plenar iclasında hökumət ötən ilki fəaliyyəti ilə bağlı hesabat verir.
Hesabatda respublikadakı makroiqtisadi vəziyyət, ötən ilin dövlət büdcəsinin icrasına dair məlumatlar, maliyyə bazarının ayrı-ayrı seqmentlərinin inkişafı, hökumətin sosial problemlərin həllinə yönəlmiş fəaliyyəti, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri, MKT subyektlərinin fəaliyyətinin yekunları, sahibkarlıq fəaliyyətinin inkişafının stimullaşdırılması tədbirləri təhlil edilir.*
A.Əzizov